

Oktyabrın 17-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” mövzusunda kitab sərgisi açılıb.
Kanal24.az xəbər verir ki, dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümü münasibətilə təşkil edilən sərgidə müxtəlif illərdə bu mövzuya və ölkəmizin yenidən müstəqillik qazanmasında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablar nümayiş etdirilir.