isaznow.com
Az Iw En Ru

Jurnalistin xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat

Bakı şəhər Baş Polis İdarəsi bu gecə Binəqədi rayonunda baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb. 
 
İdarədən Kanal24.az-a verilən məlumatda bildirilir ki, oktyabrın 16-sı saat 23:50-də Binəqədi rayonu, Cavadxan küçəsində 1981-ci il təvəllüdlü Rəşad Kərimovun idarə etdiyi “Grand Cerokki” və 1975-ci il təvəllüdlü Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub.
 
Qəza nəticəsində S.Abbasova hadisə yerində ölüb. Sərnişinləri və digər sürücü isə KTM-ə yerləşdirilib.
 
Qeyd edək ki, yaralılar arasında tanınmış yazıçı-publisist Pərviz Cəbrayılın qardaşı Nahid Cəbrayıl da var.

22:16 17.10.2014