

Paytaxtın bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, Bakı şəhərinin Nəsimi rayonu ərazisindəki magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 17-də gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.