

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Kanal24.az xəbər veri ki, bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 14:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 14:00-dan 16:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Sumqayıt şəhərinin və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Suraxanı rayonununn bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.