isaznow.com
Az Iw En Ru

Bakıdakı nurçu dövlət çevrilişi planı haqda şok- Açıqlamalar

“Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi” 

 

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu ölkənin mətbuatına müsahibəsi zamanı keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışıb.

Kanal24.az-ın ans-ə istinadən məlumatına görə, T.Yıldız müsahibəsində Türkiyədə “paralel dövlət” adlanan qruplaşma tərəfindən 2013-cü il, dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb. Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi.

Həmin günlər telefonu ən çox dinlərən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib: 

“Əgər Ankaradakı, Türkiyədəki 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”.

T.Yıldız 17 dekabr böhranından çıxmaq üçün geniş beynəlxalq danışıqlar apardıqlarına bildirib: 

“Dövlət və hökumət başçıları, məsələn, hörmətli Putinlə birbaşa görüşdük. Hansı səlahiyyətlə bizim telefonu dinləyirdilər? Apardıqları kəşfiyyat xidmətini yaxınlara deyil, uzaqlara göstərirdilər”.

Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müxalifətin tələbinə baxmayaraq həmin günlərdə istefa vermədi. Daha sonra hakim partiya yerli seçkiləri qazandıqdan sonra o, rüşvətə qarşı əməliyyatlarda iştirak etmiş hüquq-mühafizə işçilərinin iş yerlərin6i dəyişdi, bəzilərin vəzifədən çıxardı. Daha sonra həbsdə olan nazir balalarını azadlığa buraxdı. Həmçinin məsələni müzakirəyə çıxararaq 17 dekabr əməliyyatı ilə bağlı istintaqın davam etdirilməsini qadağan etdi.

Virtualaz.org xatırladır ki, ötən ilin 17 dekabrda “İmamın ordusu”nun həyata keçirdiyi rüşvət və korrupsiya əməliyyatından sonra Ərdoğan hakimiyyəti ilə Fətullah Gülən arasında əsl müharibə başladı.

Türkiyə hakimiyyəti fətullahçıların dövlət strukturlarındakı şəbəkəsini dağıtmaq üçün hərəkətə keçdi, ardınca bu əməliyyat Azərbaycanda da başladı. O vaxt baş nazir olan Ərdoğanın Bakıya səfəri zamanı prezident İlham Əliyevə fətullahçıların dövlət strukturlarına sızmış nümayəndələrinin siyahısını və onların planlarını verdi. Nəticədə bu ilin yazında Azərbaycanda da nurçuların dövlət strukturlarından təmizlənməsi prosesi başladı, onların “baş imamı” olan Elnur Aslanov Prezident Administrasiyasından uzaqlaşdırıldı, deputat Ceyhun Osmanlı və digərləri “güncə qoyuldu”.


02:50 17.10.2014