

Bu günlərdə Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycanda rəsmi səfərdə olub.
Səfər çərçivəsində qonaq Azərbaycan prezidentinin qəbulunda olmuş, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət etmiş, Müdafiə Nazirliyində geniş tərkibdə görüşlər keçirilmişdir. Son olaraq iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb.
Kanal24.az Müdafiə Nazirliyinə istinadən Sergey Şoyqunun Azərbaycana rəsmi səfərindən videoreportajı təqdim edir.