isaznow.com
Az Iw En Ru

Dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqi aparılıb

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq müvafiq məsələ ilə bağlı monitorinq aparılıb, yüzdən artıq dərman və dərman preparatının izahedici vərəqləri nəzərdən keçirilib.

Kanal24.az xəbər verir ki, bu barədə oktyabrın 16-da Bakıda keçirilən mətbuat konfransında məlumat verilib. Bildirilib ki, ölkəmizə idxal edilən dərman və dərman preparatlarının izahedici vərəqlərinin dilinin monitorinqinin ilkin mərhələsi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən başa çatdırılıb.


20:01 16.10.2014