isaznow.com
Az Iw En Ru

Biometrik şəxsiyyət vəsiqələri veriləcək

Türkiyədə bu ilin dekabr ayından etibarən yeni biometrik şəxsiyyət vəsiqələri veriləcək.

Kanal24.az Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Əhməd Davudoğlu bildirib. 

Məlumata əsasən, yeni biometrik şəxsiyyət vəsiqələri indikilərdən bir çox üstünlükləri ilə seçiləcəklər.

Belə ki, yeni biometrik şəxsiyyət vəsiqələrində vətəndaş haqqında bütün məlumatlar toplanmaqla yanaşı, bir sıra əməliyyatların da yerinə yetirilməsi mümkün olacaq.

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi ilə vətəndaşlar məhkəməyə müraciət etmədən soyadlarını dəyişdirmək imkanı əldə edəcəklər. Digər yeniliklərdən biri isə odur ki, yeni biometrik şəxsiyyət vəsiqələri ilə vətəndaşlar lazım olduğu zaman polisə yerində ifadə verə biləcəklər.

Məlumatda o da qeyd olunur ki, axtarışda olan şəxslər və ya valideynlərin müraciəti əsasında polisə itən uşaq haqqında məlumat verilərkən həmin şəxslərin əlamətləri barədə əhaliyə avtomatik olaraq SMS göndəriləcək.

Türkiyə Statistika İnstitunun məlumatına görə, hazırda ölkə əhalisinin sayı 76 milyon 667 min nəfərdir.


19:02 16.10.2014