

Nardaran qəsəbə sakini qanunsuz saxladığı silahı polisə təhvil verib.
Kanal24.az DİN-ə istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rza Ələkbərov müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.