isaznow.com
Az Iw En Ru

Suriyada qruplaşmalar hökumət postunda dəhşətli partlayış törədib

Suriyada silahlı müxalifətin “İslam Cəbhəsi” adlanan qruplaşması hökumət ordusunun bir postu qarşısında şiddətli partlayış həyata keçirərək, onu ələ keçirib.

Kanal24-ün “İslam Cəbhəsi” qruplaşmasının "twitter" səhifəsinə istinadla verdiyi xəbərə görə, şiddətli partlayış günlərlə yeraltı tunellərin qazılmasından və orada çoxlu partlayıcıların yerləşdirilməsindən sonra həyata keçirilib. Qruplaşma iddia edib ki, onlar İdlib əyalətində yerləşən əl-Hamidiyyə qərargahının əd-Dahruc postunda həyata keçirdikləri bu partlayışda hökumət ordusunun ondan çox əsgərini öldürüblər və postu ələ keçirə biliblər.

Qey edək ki, ötən gün Suriyada ən şiddətli və taleyyüklü qarşıdurmalar Hələbin Kobani şəhərində, Dəməşqətrafı, Dirazzur və Homa əyalətlərində aparılıb.


17:26 15.10.2014