

İtaliya “A seriya”sında IV turun matçlarına start verilib.
Kanal24 xəbər verir ki, Avro Liqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” öz meydanında “Atalanta”nı qəbul edib və 2-0 hesablı qələbə qazanıb. Matçın 40-cı dəqiqəsində Pablo Osvaldo mükəmməl qol vuraraq “İnter”i hesabda önə keçirib. 87-ci dəqiqədə isə Hernanes komandasının ikinci və qələbə qolunun müəllifi olub.