

İran İslam Respublikasında fəaliyyət göstərən bir sıra elektron və yazılı mətbuat orqanlarının nümayəndələrindən ibarət heyət oktyabrın 15-də Bakıya səfər edəcək.
Kanal24.az AzərTac-a istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycan-İran münasibətlərinin inkişafında mətbuatın rolunun gücləndirilməsidir.
Oktyabrın 17-dək davam edəcək səfər çərçivəsində iranlı jurnalistlərin Azərbaycanın media strukturlarının rəhbərləri ilə və rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Qonaqlar bir neçə media qurumunda iş prosesi ilə də maraqlanacaqlar.