

Ukrayna Ali Radası ölkə Prezidenti Petro Poroşenkonun təqdimatı əsasında Stepan Poltorakı müdafiə naziri təyin edib.
Kanal24-ün "İnterfaks"a istinadən verdiyi məlumata görə, S.Poltorakın namizədliyini 245 deputat dəstəkləyib.
Parlament, həmçinin Valeri Qeleteyi müdafiə naziri vəzifəsindən azad edib.