

Bakıda yolu keçən iki piyada avtomobillərin altında düşərək ölüb.
Kanal24.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən (RPİ) Trend-ə verilən məlumata görə, oktyabrın 13-də saat 20:00 radələrində Əbilov küçəsi 69 nömrəli binanın qarşısında 1974-cü il təvəllüdlü Əliyev Atabəy Məhəmməd oğlu “Toyota Prado” markalı “90 VX 535” dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, Yasamal rayon sakini 1963-cü il təvəllüdlü Tərlanov Vadim Vladimiroviçi vurub. Nəticədə V.Tərlanov aldığı xəsarətlərdən oktyabrın 14-ü saat 2:00 radələrində yerləşdirildiyi xəstəxanada ölüb.
Dünən piyada vurulması ilə bağlı daha bir hadisə Suraxanı rayonunda qeydə alınıb. Suraxanı RPİ-dən Trend-ə bildiriblər ki, oktyabrın 13-də saat 22:00 radələrində Hüseynov Fərhad Mirəli oğlu idarə etdiyi “KİA Cerato” markalı avtomobillə Hövsan qəsəbəsi-Qum adası yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Mədətov Şaiq İsa oğlunu vurub.
Piyada Ş.Mədətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.