

Kanal24 xəbər verir ki, Hadisə Yaponiyada baş verib. Yaponiyada Ontake vulkanının püskürməsi nəticəsində 4 nəfər həlak olub.
Şənbə günü baş verən püskürmə nəticəsində Yaponiyanın yerli KİV-ləri 30 nəfərin həlak olduğunu yazsa da, hökümət bunu təsdiqləməyib, lakin xilasedcililərin hal-hazırda hadisə yerində çalışdığını bildirir.
Ontake vulkanı Yaponiyada ikinci ən böyük vulkandır, hündürlüyü isə 3670 metrdir. Vulkan püskürən zaman hadisə yerində olan insanlar həmin anı belə lentə alıblar.