

“Avro-2016”nın seçmə mərhələ oyunları davam edir.
Kanal24-ün məlumatına görə, Azərbaycan millisi bu gün seçmə mərhələdə üçüncü oyununa çıxıb.
Berti Foqtsun komandası səfərdə Xorvatiya ilə üz-üzə gəlib. İlk oyunda Bolqarıstana, oktyabrın 10-da isə İtaliya millisinə 1:2 hesabı ilə uduzan yığmamız çətin səfər matçından xalla qayıtmağa çalışacaqdı. Lakin yığmamız bu görüşdə biabırçı məğlubiyyətlə üzləşib - 0:6.
13 oktyabr
“Avro-2016”nın seçmə mərhələsi
H qrupu
23:45. Xorvatiya – Azərbaycan - 6:0
Qollar: Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 44 (3:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0)
Hakimlər: Stefan Studer, Sandro Pozzi, Yan-Yves Viçt (İsveçrə)
Osiyek. "Qradski" stadionu
Xorvatiya: Daniel Subaşiç, Vedran Corluka, Dariyo Srna, Domaqoy Vida, Daniel Pranyiç, İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, Mario Mandzukiç, Andrey Kramariç
Ehtiyat oyunçular: Lovre Kaliniç, İvan Varqiç, İvan Tomeçak, İvan Striniç , Marko Leskoviç, Hrvoje Miliç,Şilfend, İvan Perisiç, Alen Haliloviç, Domaqoy Antoliç, Duje Kop, İvisa Oliç
Azərbaycan: Kamran Ağayev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Elnur Allahverdiyev, Maksim Medvedev, Rasim Ramaldanov, Rahid Əmirquliyev, Qara Qarayev, Rauf Əliyev, Araz Abdullayev, Dmitri Nazarov
Ehtiyat oyunçular: Səlahət Ağayev, Rüfət Dadaşov, Emil Balayev,İlkin Qırtımov, Elvin Yunuszadə, Ufuk Budak, Tərlan Quliyev, Cavid Hüseynov, Taşkın İltər, Məhəmməd Qurbanov, Vüqar Nadirov, Ağabala Ramazanov