isaznow.com
Az Iw En Ru

Milli Şuradan mitinqdəki İŞİD bayrağı ilə bağlı- Açıqlama

Milli Şuranın mitinq təşkilatçıları dünən mitinqdə qaldırılan "İşid" bayrağı ilə bağlı məlumat yayıblar. 

 

Kanal24-ün verdiyi xəbərə görə, təşkilatçılardan biri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün facebook hesabında bu barədə yazıb.

F.Qəhrəmanlı bildirib ki, mitinqdə mühafizəçilər 5 dəfə İŞİD bayrağı qaldırmağa cəhd göstərənləri anındaca saxlayıb meydandan çıxardılar və polisə təhvil verdilər: “Ancaq mühafizəçilərin meydandan çıxardığı bir "İŞİD"çini polis ikinci dəfə sərbəst buraxıb meydana yenidən daxil olmasına şərait yaratdı.

Demək, bu bayrağı qaldıranlar heç də gerçək İŞİD üzvləri deyildilər. Hakimiyyət onları qəsdən ora göndərmişdi ki, aksiyanı hörmətdən salsınlar. Ancaq alınmadı”.

Qeyd edək ki, dünən Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi aksiyada İŞİD bayrağı qaldırılıb və 5 nəfər saxlanılıb.


19:10 13.10.2014