isaznow.com
Az Iw En Ru

Misir prezidenti İsrailə çağırış etdi

Misir prezidenti Abdel Fəttah əs-Sisi İsraili münaqişəni aradan qaldırmağa və fələstinlilərin hüquqlarını bərpa etməyə çağırıb. Kanal24 TASS agentliyinə istinadən bu barədə xəbər verir.

"İsrail-Fələstin probleminin yeganə həlli yolu - hərtərəfli ədalətli tənzimləmədir", - Misir lideri Qahirədə bu gün keçirilən Qəzza üçün donor-ölkələrin konfransında deyib.

Norveç və Misirin təşəbbüsü ilə təşkil olunmuş Qəzza sektorunun bərpası məsələləri üzrə beynəlxalq konfransda XİN rəhbərləri və dünyanın 50-dən çox dövlət nümayəndələri iştirak edirlər.


22:38 12.10.2014