isaznow.com
Az Iw En Ru

Baş Polis İdarəsindən mitinq- Açıqlaması

“Toplantıda qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib” 

 

Baki şəhər Baş Polis İdarəsi bu gün baş tutan mitinqlə bağlı məlumat yayıb.

Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:

“Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, “El” hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”. 


02:29 13.10.2014