

Kanal24.az xəbər verir ki, bu gün "Avro-2016"nın seçmə mərhələsində üçüncü turun oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş keçiriləcək.
C qrupunda Ukrayna evdə Makedoniya, Belarus isə Slovakiya ilə qarşılaşacaq. Son oyunda səfərdə Slovakiyaya 1:2 hesabı ilə uduzan İspaniya yığması səfərdə Lüksemburqun qonağı olacaq.
E qrupunda iki oyun keçiriləcək. Qrupun lideri olan İngiltərə yığması səfərdə Estoniya, Sloveniya isə Litva ilə münasibətlərinə aydınlıq gətirəcək.
G qrupunun lideri Rusiya millisi evdə Moldovanı, İsveç Lixtenşteyni qəbul edəcək. Monteneqro yığması isə səfərdə Avstriyanın qonağı olacaq.