isaznow.com
Az Iw En Ru

“Mən azərbaycanlıyam” adlı aksiya keçirilib

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə oktyabrın 11-də Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam” şüarı altında aksiya keçirilib.

Kanal24 xəbər verir ki, aksiyada ictimaiyyətin çoxsaylı nümayəndələri, incəsənət xadimləri, idmançılar, hərbçilər iştirak ediblər. Aksiya zamanı Dövlət bayrağı təmtəraqlı şəkildə meydana gətirilib və qaldırılıb.
Qeyd edək ki, dövlət atributlarının təbliği məqsədilə təşkil edilən bu aksiya ictimaiyyətin nümayəndələrinin arzusu ilə həyata keçirilib.


21:19 11.10.2014