isaznow.com
Az Iw En Ru

Marsın ilk ziyarətçisi 13 yaşında olacaq

NASA mütəxəssisləri amerikalı Alissa Karsonu Marsa uçuşa hazırlayırlar.

Kanal24-ün xarici KİV-ə istinadən verdiyi məlumata görə, ekspertlər 13 yaşlı qızın Marsın ilk ziyarətçisi olmağa uyğun olduğunu düşünürlər.

Fransız, ispan, çin və türk dillərini bilən məktəbli uçuşa hazırlıq üzrə özünü yaxşı tərəfdən göstərir.

A.Karson NASA-nın müxtəlif ölkələrdəki 3 düşərgəsində olub. Artıq qıza "Qaragilə" çağırış adı verilib.


23:00 09.10.2014