

Kobani şəhərində davam edən döyüşlərin Suriya-Türkiyə sərhədinə yaxınlaşması səbəbindən qardaş ölkənin Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələri səmaya qaldırılıb.
“Sabah” qəzetinin məlumatına görə, Diyarbəkirdən havaya qalxan dörd ədəd “F-16” döyüş təyyarəsi Suriya ilə dövlət sərhədi boyunca uçuşlar edib.
Başqa bir məlumatda isə bildirilir ki, oktyabrın 10-da Suriya ərazisindən Türkiyə sərhədçilərinə atəş açılıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.