

Ötən gün Yəməndə "əl-Qaidə"nin törətdiyi terror aktlarında minimum 70 nəfər həlak olub və 150-dən artıq insan həlak olub.
Kanal24-ün İrna agentliyinə istinadla verdiyi xəbərə görə, "əl-Qaidə" terror təşkilatı dünən Yəməndə törədilən iki terror aktı və bir silahlı hücumun məsuliyyətini üzərinə götürüb.
Qeyd edək ki, dünən Yəmən paytaxtında inqilabçı husilərin keçirdiyi aksiyada bir kamikadze özünü partladıb və 32 nəfərin həyatına son qoyub. Digər partlayış isə Hədrəmut əyalətində törədilib. "əl-Qaidənin" silahlı hücumu isə əl-Mukəlla bölgəsində ordu qüvvələrinə qarşı həyata keçirib.
Bir çox ölkələr və beynəlxalq təşkilatlar dünən Yəməndə törədilən terror aktlarını pisləyiblər.