

Avropa MMA Assosiasiyasına yeni rəhbər seçilib.
Kanal24 xəbər verir ki, təşkilatın konqresində hollandiyalı Aleks Engelhard qurumun prezidenti seçilib. Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə Assosiasiyanın vitse-prezidenti seçilib. Azərbaycanın idman tarixində ilk dəfə olaraq həmyerlimizə MMA-da qitə miqyaslı yüksək vəzifə etibar edilib.
Konqresdə çıxış edən Rövşən Həsənov göstərilən etimada görə təşəkkürünü bildirib. O, Avropada idmanın bu növünün inkişafı üçün səylə çalışacağını söyləyib.