

Onlarla Facebook istifadəçisinin təşəbbüsü ilə Yerevanın Azadlıq meydanında “Biz Gömrük İttifaqının əleyhinəyik” şüarı ilə aksiya keçirilib. Kanal24 Ermənistan KİV-nə istinadən xəbər verir ki, nümayişçilər Ermənistan himnini oxuyaraq prezident Serj Sərkisyana mesaj yollayıblar: “Minskdən geri qayıtma!”.
“Biz ümid edirik ki, insanlar Avrasiya İqtisadi İttifaqı müqaviləsinin imzalanmasının Ermənistanın müstəqilliyinə nə qədər zərərli olduğunu başa düşəcəklər”, - bunu jurnalistlərlə söhbətində aksiyanın təşəbbüskarlarından biri Daniel İonesyan deyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, oktyabrın 10-da Avrasiya İqtisadi Şurasının ali iclasında imzalanacaq razılaşmaya görə Ermənistan 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına qoşulacaq.