

Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.
Şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.
Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.
Şahidlərin daha sonra Trend-ə bildirdiklərinə görə, maskalı şəxslər bankomatı partlatmazdan öncə bankomatın yaxınlığındakı ticarət obyektlərini mühafizə edən şəxsin əl-qolunu bağlayaraq hadisə yerindən uzaqlaşdırıblar. Bundan sonra isə bankomatı partladıblar.
Partlayış nəticəsində ətrafdakı avtomobillərə və ticarət obyektlərinə maddi ziyan dəyib.