isaznow.com
Az Iw En Ru

İŞİD-i Kobanidən ABŞ çıxarır - FOTO

"İŞİD-lə mübarizə üçün kürdlərə daha çox silah lazımdır"

Suriyanın sərhəd şəhəri olan Kobanidən verilən məlumatlara görə, İŞİD əvvəl ələ keçirdikləri məhəllələrdən qərb ölkələrinin koalisiyasının aviazərbələri nəticəsində geri çəkilməyə məcbur olub.

Kanal24-ün məlumatına görə, şəhər idarəetmə administrasiyasının nümayəndəsi İdris Nasan bildirib ki, çərşənbə günü şəhərin, demək olar ki, üçdə birini ələ keçirmiş İŞİD qüvvələri hazırda bir neçə evi əllərində saxlaya biliblər. ABŞ-ın aviazərbələri nəticəsində İŞİD-in əlində olan iki bina, tank və pulemyot məhv edilib.

Bununla bərabər, Nasan kürd qüvvələrinə İŞİD-lə mübarizə üçün daha çox silah lazım oldğunu dilə gətirib.


17:00 10.10.2014