

akıdan Gürcüstana hərəkət edən avtobus aşıb.
"Kanal24" Anspress-ə istinadən xəbər verir ki, hadisə Göygöl rayonu ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 40-a yaxın sərnişin yaralanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Yaralılar arasında vəziyyəti ağır olanlar da var. Bəzi sərnişinlər reanimasiyada saxlanılır.