isaznow.com
Az Iw En Ru

“Gəlin, gəncliyimizi qoruyaq! Narkomaniyaya yox deyək!”

Oktyabrın 8-də “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi (İB) “Gəlin, gəncliyimizi qoruyaq!, Narkomaniyaya yox deyək!” layihəsi çərçivəsində Biləsuvar rayonundakı 10 nömrəli Cəbrayıl məcburi köçkünlər qəsəbəsində təlim keçirib.
İB-dən Kanal24-ə bildiriblər ki, təlimdə otuz nəfər gənc iştirak edib.
Tədbirdə çıxış edən Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Məstəliyev qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlərdən ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir. Bu problemi aradan qaldırmaq üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha səmərəli aparılması çox vacibdir. Regionlardakı əhalinin, xüsusən gənclərin bu barədə məlumatlarının, biliklərinin az olması onlar arasında daha çox işlərin aparılmasının zəruri edir.
Tədbirdə digər çıxış edənlər də narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu, bu bəlaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə daha ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini bildiriblər.
Təlimdə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılara buklet və sertifikat təqdim olunub.


05:45 09.10.2014