

Oktyabrın 8-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Kanal24.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12-dən 14-dək Hacıqabul rayonunun, saat 14-dən 16-dək Şirvan şəhərinin bir hissəsinə, saat 18-dək Qəbələ rayonuna, Göyçay, Ağdaş, Xəzər, Sabunçu, İsmayıllı, Binəqədi və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.