isaznow.com
Az Iw En Ru

Böyük qaçqın ordusu ilə qarşı-qarşıya qalacaqlar

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Hələbin İŞİD tərəfindən işğal olunacağı təqdirdə böyük qaçqın ordusu ilə qarşı-qarşıya qalacaqlarını deyib.


Axar.az xəbər verir ki, etibarlı bölgə yaradılmasının tərəfdarı olduğunu deyən Davudoğlu Suriya ilə bağlı narahatlığını gizlətməyib: 


“Suriya xalqı üç il yarımdır ki, şərəfli mübarizə aparır. Hələbin işğal olunması bizi çox narahat edir. Türkiyə böyük qaçqın ordusu ilə qarşılaşa bilər”.


Xatırladaq ki, Suriyanın şimal-şərqində yerləşən və Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali sayına görə ən böyük şəhəridir. Ümumi ərazisi 16 min kv.km olan Hələbdə 4 milyon 393 min əhali yaşayır.

 


09:15 04.11.2014