

Qax sakini qonşusunun maşınını oğurlayıb qaçıb, amma çox uzağa gedə bilməyib.
Kanal24.az İzvestiya.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 130-cu kilometrliyində yerləşən Zaqatalanın Qazangül qəsəbəsi yaxınlığında baş verib.
Hadisəni Qax rayonu sakini 38 yaşlı Eldar Allahverdi oğlu Paşayev “Qaz 2410” avtomobili ilə törədib. Qəza nəticəsində müxtəlif xəsarət alan Eldar Paşayev öncə Zaqatala, daha sonra Qax Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Araşdırmalar zamanı bəlli olub ki, o, avtomobili qonşusu 23 yaşlı Məhəmməd Kərimovdan oğurlayıb.
Qeyd edək ki, Eldar Paşayev bundan öncə 10 il həbsdə yatıb. Onun hadisəni alkoqollu vəziyyətdə törətdiyi müəyyən edilib.