

Madrid “Real”ın qapıçısı İker Kasilyas yeni rekorda imza atıb.
Qol.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində hazırda “Liverpul”a qarşı keçirilən oyunda “Real”ın qapısını qoruyan 33 yaşlı qolkiper sözü güdən turnirdə 144-cü matçına çıxıb.
Bununla da o, “Barselona”nın futbolçusu Xavi Ernandesin rekordunu (143 qol) yeniləyib.
Qeyd edək ki, Xavi bu gün ÇL-ın qrup mərhələsində “Ayaks”la oyunda yenidən Kasilyasa çata bilər.