

Ukraynanın şimal şərqindəki Summi şəhərində gənc bir adam başını binanın ətrafındakı dəmir barmaqlıqların arasına soxaraq intihar edib.
Kanal24.az vəbər verir ki, şəhərin mərkəz prospektlərinin birində “fast-food” restoranının qarşısında reallaşan hadisə günorta saatlarında baş verib. Restoran sahibi Murat Lofinovun verdiyi ifadəyə görə, yemək gözləyərkən birdən qalxaraq çölə çıxan gənc bir adam yolun qarşısındakı dəmir barmaqlıqlara tərəf gedib. Sonra isə başını barmaqlıqların arasına soxaraq boynunu qırıb.
Qeyd edək ki, bir anda yüzlərlə adamın gözləri qarşısında intihar hadisəsinin qurbanı olan gənc adam həyatını itirib.