

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Riçard Almeyda ilə müqavilənin müddətini uzatmalarını şərh edib.
Qol.Az-ın müxbiri ilə söhbətində o qeyd edib ki, braziliyalı yarımmüdafiəçiləri ilə uzun müddət idi danışıqlar aparırdılar.
“Biz Almeydanın oyunundan razıyıq. O da “Qarabağ”ı sevən futbolçudur. Bu səbəbdən qarşılıqlı razılıq əsasında onunla müqaviləni uzatmaq qərarı verdik” – deyə Q.Qurbanov bildirib.