“Real Madrid” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo klub tarixində eyni gündə iki rekorda imza atıb. Ronaldo “Qranada” ilə oyunda vurduğu qolla klub tarixində 8 oyun ardıcıl qol vuran ilk oyunçu adını qazanıb.
Bundan əvvəl həmin rekord 7 oyun dalbadal qol vuran Ferents Puşkaş, Ruud van Nistelroy və Predraq Miyatoviçə məxsus idi. Bundan başqa Ronaldo 10 oyuna 17 qol vurmaqla İsidro Lanqaranın 79 il əvvəl əldə etdiyi rekordu təzələyib.
02:20 04.11.2014