isaznow.com
Az Iw En Ru

Mehmanxana və turizm şirkətlərinin sayı açıqlandı

Azərbaycan ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 301-ə, turizm şirkətlərinin sayı isə 266-ya çatıb.

Kanal24.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, oktyabr ayı ərzində 3 mehmanxana və mehmanxana tipli obyektə lisenziya verilib. Onlar "Four Seasons Hotel Baku, Azerbaijan" mehmanxanası (Bakı şəhəri), "Karvan" mehmanxanası (Qəbələ şəhəri) və "Park Hyatt" mehmanxanasıdır (Bakı şəhəri).

Oktyabr ayında 4 şirkətə isə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilıb. Onlar "Europe Travel Assistance", “Delta Group LTD", "ORİENT TRAVEL" və "Crystal Entertainment" MMC-lərdir.


01:04 05.11.2014