isaznow.com
Az Iw En Ru

GENERAL MİRQAFAR SEYİDOV BAKI POLİSİNİN RƏİSİ TƏYİN OLUNDU

Bu gün Daxili İşlər Orqanlarında çox mühüm dəyişiklik baş verib. Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.

Ramil Usubov həmçinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) rəisi, general-mayor Mirqafar Seyidovu da vəzifəsindən azad edib.

Nazirin digər əmri ilə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

AzPolitika.info dəqiqləşdirib ki, Quba Rayon Polis İdarəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

Rafiq Abbasovun isə DİN-in özündə yeni vəzifəyə keçirildiyi bildirilir.

Rafiq Abbasov

Rafiq Abbasov

General-mayor Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunması ona böyük etimadın göstəricisidir. Bu vəzifə DİN-də ən mühüm postlardan biri hesab olunur və zaman-zaman hakimiyyət daxilindəki qüdrətli dairələr bu posta özlərinə yaxın adamın təyinatına nail olmaq üçün mübarizə aparıblar.

Qubanın polis rəisinin “Bandotdel”ə rəis vəzifəsinə keçirilməsi də maraqlı yerdəyişmədir. Əslən Naxçıvandan olan polkovnik Seyfulla Əzimov nüfuzlu zabit kimi xarakterizə olunur.


22:45 04.11.2014