

Azərbaycanda noyabrın 1-dən müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti sabahdan etibarən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Kanal24-ə açıqlamasında bildirib ki, noyabrın 5-i günorta saatlarından başlayaraq ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Noyabrın 6-7-də də yağmursuz hava şəraiti müşahidə olunacaq, temperatur yüksələcək.
Noyabrın 5-də Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Noyabrın 6-7-də isə temperatur 15 dərəcəyədək yüksələcək.