

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 7-də saat 11-də Xaçmaz şəhərində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən şəxslər Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (telefon: 050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (telefon: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.