

Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əhali, ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi problemlərinə həsr olunmuş “Sağlam millət – sağlam gələcək” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sağlam Nəsil” İctimai Birliyi və “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzi tərəfindən təşkil olunub .
Konfransda XXI əsr həyat tərzinin insan sağlamlığına təsirindən danışılıb. Qeyd edilib ki, hər il infeksion xəstəliklərdən ölənlərin sayı təxminən 36 milyon nəfərdir.
Tədbirdə AMEA-nın Həmkarlar İttifaqının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sağlamlığın qorunması ilə bağlı maarifləndirmə tədbirlərində səmərəli fəaliyyət göstərdikləri qeyd edilib və həmin qurumların nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.