isaznow.com
Az Iw En Ru

Vətəndaş Cəmiyyətlərinin hazırki vəziyyəti müzakirə olunub

Rufiz Qonaqov: Azərbaycan Vətəndaş Cəmiyyəti  Avropa ölkələri  və beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlıdır.

Kanal24.az xəbər verir ki, bu gün Yunanıstanın Azərbaycandaki səfiri Dimitrios G. Tsoungas ilə BMAM sədri Rufiz Qonaqov və Mərkəz üzvləri ilə görüşüb. Görüşdə hər iki ölkənin Vətəndaş Cəmiyyətlərinin hazırki vəziyyəti,  Azərbaycan və Yunanıstan QHT- ləri arasında əməkdaşlıq  prespektivləri və digər vacib məsələlər ətrafında müzakirə olub. BMAM sədri Rufiz Qonaqov Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin bu sahədə gördüyü işlərdən və nəzərdə tutulan tədbirlərdən danışaraq, Azərbaycan Vətəndaş Cemiyyətinin Avropa və beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Eyni zamanda, R.Qonaqov hal hazırda Azərbaycan Vətəndaş Cəmiyyətinin kifayət qədər güclü olduğunu səfirin diqqətinə çatdırıb.

Səfir Dimitrios G. Tsoungas görüşdən məmnun olduğunu bildirərək, Yunanıstan və Azərbaycan Vətəndaş Cəmiyyətləri arasında əməkdaşlıq  təşəbbüsünu alqışladığını , beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Yunanıstan səfiri eyni zamanda, BMAM  və Yunanıstanın eyni missiyali təşkilatları arasında əlaqələrin yaranmasında hər cürə  dəstək verə biləcəyini bildirib.

 Görüşdə Beynəlxalq Münasibətlərinin Araşdırılması Mərkəzinin xarici əlaqələr sektorunun  mudir müavini Esmira Həmzəbəyova və sədrin müşaviri Əzizağa Heydərov iştirak edib.


20:04 04.11.2014