isaznow.com
Az Iw En Ru

Qubada könüllü qanvermə aksiyası

Kanal24.az xəbər verir ki, qan verən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə Səhiyyə Nazirliyinin Bahadır Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutun Mərkəzi Qan Bankının Quba bölməsinə müraciət ediblər. Aksiyaya qoşulanlar həkimlər tərəfindən müayinə olunmuş, qan faizi aşağı olanlardan eyni zamanda xəstəliyi olan vətəndaşlardan qan alınmayıb. Qanvermə aksiyası sakinlərin aktivliyi ilə yadda qalıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.


19:52 04.11.2014