isaznow.com
Az Iw En Ru

İŞİD qaz yatağını tutdu

İŞİD terrorçu qruplaşması Suriyanın ən böyük ikinci qaz yatağını ələ keçirib.

ANS PRESS-in məlumatına görə, Homsdakı Haccar qaz yatağı və onu işlədən Mahr şirkətinin işçiləri terrorçuların əlinə keçib. Bu barədə görüntülər İŞİD- aid internet saytlarında yerləşdirilib. Qeyd edək ki, bir necə gün öncə terrorçu qruplaşma üzvləri Homs yaxınlığındakı Əl Şair qaz yatağını da ələ keçirdiyini və bütün bölgəni "Xilafət torpaqları altına saldıqlarını " elan etmişdi. İŞİD həm də Əsəd rejiminə aid 9 məntəqədə silahları ələ keçirə bilib. Terroçular yeni bölgələr ələ keçirmək üçün irəlilədiklərini elan ediblər.


19:20 04.11.2014