

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sarayında ələvilərə Aşura günü münasibəti ilə iftar verib.
"Sabah" gəzetinin verdiyi məlumatına görə, iftara təxminən 20 adam qatılıb. Ərdoğan baş nazir olan zamanda ələvilərə iftar vermişdi.
Kanal24.az-ın məlumatına görə Ərdoğanın iftara dəvət etdiyi qonaqlar arasında Diyanət İşləri sədri Mehmet Görmez, Cem Vəqfi sədri İzzettin Doğan, Dünya Əhli-Beyt Vəqfi sədri Fərmanı Altın, Şiə Vəqflər Federasiyasının sədri Remzi Akbulut, TOBB Universitetindən Rza Yıldırım, Anadolu Ələvi Bektaşi Federasiyasının sədri Cengiz Hortoğlu ilə Ələvi Dədəsi Ali Akber Yurdun olduğu təxminən 20 adam qatılıb. Qeyd edək ki, Ərdoğan baş nazir olan zamanda ələvilərə iftar vermişdi. Ələvi inancına uyğun olaraq təşkil olunan masanın ətrafında oturan qonaqlara su gil qablarda təqdim olunub, süfrəyə bıçaq qoyulmayıb. Yemək olaraq şorba, tərəvəz yeməyi və aş qonaqlara süfrəyə qoyulub.