isaznow.com
Az Iw En Ru

“Quş qripi” monitorinqi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) “quş qripi” xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayır və ardıcıl olaraq monitorinqlər aparır. 

 

Kanal24.az-ın məlumatına görə, DBNX-nin mətbuat mərkəzindən AzərTAc-a bildiriblər ki, quşların miqrasiyası nəzərə alınaraq növbəti monitorinqin noyabrın 17-də keçirilməsi nəzərdə tutulub.

Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.

 


10:24 04.11.2014