isaznow.com
Az Iw En Ru

İspaniyada qoyun paradı keçirilib

İspaniyanın paytaxtı Madridin mərkəzi küçələrindən 2 min qoyundan ibarət sürü keçirilib. 

 Kanal24.az xəbər verir ki, fermerlərin sözlərinə görə, ənənə olaraq 800 il bundan əvvəl çobanlar bu yolu seçiblər və indiyə qədərdə davam etdirilir. Ənənənin əsası isə 1372-ci ildə qoyulub. Həmin il baş çoban  məmurlara 25 mis maradiv, yəni xırda pul verərək sürülərini şəhərdən keçirib. Hətta musiqiçilər və rəqqaslar merinos cinsindən olan qoyun sürüsünü musiqi ilə müşayiət ediblər.

 

                                                                                                          Gülnarə Eynullaqızı

                                                                                                                  "Kanal24"


07:41 04.11.2014