

BMT-nin iqlim hesabatına görə, qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi və digər iqlim dəyişiklikləri davam edəcək.
Parnik effekti yaradan zərərli qazların havaya atılması bir anda dayandırılsa belə, qlobal istiləşmə XXI əsr boyu sürəcək, iqlim dəyişikliyinin nəticələri özünü yüz illər boyu göstərəcək.
TRThaber telekanalı xəbər verir ki, hesabatda 1901-2010-cu illər arasında dəniz səviyyəsinin 19 santimetr artdığı qeyd olunur. Belə ki, XIX əsrin ortalarından başlayaraq qeydə alınan artım son iki min ildə müşahidə olunan artımdan daha çoxdur.
Sənəddə, həmçinin iqtisadi inkişaf və əhali artımından qaynaqlanan zərərli qazların atmosferdə miqdarının son 800 ildə görünməmiş həddə çatdığı qeyd edilir, iqlim dəyişikliklərinin nəticələrini yüngülləşdirmək üçün təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyi vurğulanır.