isaznow.com
Az Iw En Ru

Sutkada 30 ton neft hasil olunması nəzərdə tutulur

“Neft Daşları” yatağındakı 2585 nömrəli platformadan 2604 nömrəli quyuda qazma işlərinə başlanılıb.

“Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 2250 metrdir. Quyudan sutkada 30 ton neft hasil olunması nəzərdə tutulur.
Bu barədə AzərTAc-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat veriblər.


08:23 03.11.2014